Daha bir ulduz futbolçu "Qalatasaray"da oynamaq istəyir.

Offsideplus.az xəbər verir ki, söhbət "Atalanta"nın hücumçusu Ademola Lookmandan gedir. 

"Qalatasaray" rəhbərliyi Superliqadakı liderliyini qorumaq və Avropa səhnəsində daha təsirli çıxış etmək üçün "Atalanta"nın 28 yaşlı ulduzunu transfer siyahısına daxil edib.

Klub rəhbərliyi Lookman üçün 40 milyon avro büdcə ayırıb. Bu, son iki mövsümdə klubun həyata keçirdiyi ən böyük tək transfer xərci olacaq. Transferin reallaşması halında, Lookmanın maaşı da Avropa standartlarına uyğun tənzimlənəcək.

Bu mövsüm "Atalanta" forması ilə 10 oyunda 1 qol vuran Lookman əvvəlki mövsümlərdə daha sabit performans göstərib. O, "Atalanta" karyerasında 128 oyunda 53 qol və 25 məhsuldar ötürmə qeyd edib. Sürətli çıxışları və tək yönlü qaçışları ilə tanınan oyunçunun müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.