AZ

Endrik “Real”dan “Lion”a icarəyə gedir

Madrid “Real”ının rəhbərliyi hücumçu Endrikin Fransa klubu “Lion”a keçidini təsdiqləyib.

 90deqiqe.Az “Globo”ya istinadən xəbər verir ki, 19 yaşlı futbolçu üçün “Mançester Yunayted” də maraq göstərsə də, “Real” və “Lion” arasındakı danışıqlar artıq yekun mərhələdə idi. Braziliyalı futbolçu Fransa klubunda icarə əsasında çıxış edəcək və sonradan Madrid komandası onu geri qaytarmağı planlaşdırır.

2025/2026 mövsümündə Endrik La Liqada 1 oyun keçirib, məhsuldar göstərici nümayiş etdirməyib. Onun “Real”la mövcud müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir və bazar qiyməti 35 milyon avro qiymətləndirilir.

Seçilən
14
90deqiqe.az

1Mənbələr