AZ

“Yuventus” onunla yeni müqavilə mövzusunda razılığa gələ bilmir

“Yuventus” klubu yarımmüdafiəçi Kənan Yıldızla müqaviləni uzatmaq istəyir, lakin maaş məsələsi danışıqları çətinləşdirir.  

 90deqiqe.Az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, Turin təmsilçisi türk  futbolçuya mövsüm üçün 6 milyon avro təklif etməyə hazırdır, amma futbolçu özünü daha yüksək qiymətləndirir. Buna görə yeni müqavilə üzrə danışıqlar müvəqqəti dayandırılıb.

Hazırkı müqaviləyə əsasən futbolçu ildə 1,7 milyon avro qazanır.

2025/2026 mövsümündə Yıldız 18 oyun keçirib, 6 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun bazar qiyməti 75 milyon avro təşkil edir. Mövcud müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir və klub onu bir il də uzatmaq niyyətindədir.

Seçilən
16
90deqiqe.az

1Mənbələr