AZ

Bu tələyə yalnız axmaq respublikaçılar düşə bilər – Tramp Epşteyn işindən yazdı

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Demokratlar vətəndaşların diqqətini Vaşinqtondakı büdcə böhranının mənfi nəticələrindən yayındırmaq üçün Ceffri Epşteyn işini yenidən qaldırır.

Musavat.com xəbər verir ki, Tramp bu barədə Truth Social hesabında paylaşım edib: "Demokratlar bir daha Ceffri Epşteyn işinin saxtalaşdırılmasını gündəmə gətirməyə çalışırlar, çünki onlar diqqəti bağlanmanı və bir çox digər məsələləri nə qədər pis idarə etmələrindən yayındırmaq üçün hər şey etməyə hazırdırlar. Bu tələyə yalnız çox pis və ya axmaq respublikaçılar düşər".

Onun məlumatına görə, Demokratlar və Respublikaçıların müəyyən büdcə xərcləri səviyyələri barədə razılığa gələ bilməməsi səbəbindən hökumətin qismən bağlanması ölkəyə 1,5 trilyon dollara başa gəlib. Tramp hesab edir ki, respublikaçılar Vaşinqtonda bir vaxtlar uşaq təcavüzünə görə məhkum edilmiş maliyyəçi Epşteynə yenidən diqqət yetirilməsini qulaqardına vurmalıdırlar.

Qeyd edək ki, Konqresin Nümayəndələr Palatasının Demokratları bir neçə saat əvvəl Epşteynin Trampın onun cinayətlərindən xəbərdar olduğunu iddia etdiyi bir e-məktubunu yayımlayıblar.

 

Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr