AZ

"Atletiko Madrid" Simeonenin oğlu ilə müqaviləni uzatmağa yaxındır

“Atletiko Madrid” argentinalı yarımmüdafiəçi Culiano Simeone ilə müqaviləni uzatmaq niyyətindədir.

İdman.Biz-in “Marca”ya istinadən verdiyi məlumata görə, Madrid klubunun baş məşqçisi Dieqo Simeonenin oğlu 22 yaşlı futbolçu ilə yeni müqavilə 2030-cu ilin yayına qədərdir.

Culiano Simeone “Atletiko Madrid”in əsas komandasında 67 rəsmi oyun keçirib, 8 qol vurub və 14 məhsuldar ötürmə edib. O, dekabr ayında 23 yaşını qeyd edəcək. Madrid klubu hazırda İspaniya liqasının turnir cədvəlində dördüncü yerdədir.

İdman.Biz

Seçilən
20
1
idman.biz

2Mənbələr