Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Stokholm, 13 noyabr, Nərgiz Cəfərli, AZƏRTAC
Solçu Rodt (Qırmızılar) Partiyası illik gəliri 800 min krondan (72 min dollar) aşağı olan vətəndaşlar üçün 17 milyard kron (təxminən 1,55 milyard dollar) vergi endirimi təklif edən alternativ büdcə təklifi təqdim edib.
AZƏRTAC xəbər verir ki, buna baxmayaraq, ümumi vergi dərəcəsinin artacağı gözlənilir. Çünki partiya varlı şəxslər, korporasiyalar və banklar üçün daha yüksək dərəcələr hesabına rüsum və vergiləri 35 milyard kron (3,2 milyard dollar) artırmaq niyyətindədir.
“Biz əksəriyyət üçün vergiləri azaldırıq, lakin ən varlılardan daha çox alırıq. Bunlar radikal tədbirlər deyil, ədalətə qayıdışdır”, - deyə partiyanın maliyyə və siyasi sözçüsü Mimir Kristiansson bildirib.
Rodt böyük mirasa vergi tətbiq etməyi, ildə bir milyon krondan çox qazananlar üçün vergiləri artırmağı və vergidən azad minimum məbləği 150 min kron (13 600 dollar) səviyyəsinə qaldırmağı təklif edir. Partiya həmçinin, minimum pensiyaları, tələbə dəstəyini və sosial müavinətləri ildə 15 min kron (1360 dollar) artırmaq istəyir.
Neft pullarını daha xərcləməmək qaydasında yeganə istisna Şimal dənizindəki neft sənayesi qabaqcıllarına birdəfəlik 4,4 milyard kron (400 milyon dollar) məbləğində ödəniş olacaq.
Partiya vurğulayır ki, təkliflərinin həyata keçirilməsindən sonra vergi yükü təxminən Yens Stoltenberqin hökuməti dövründəki səviyyəyə qayıdacaq. Cümə günü Rodt İşçi Partiyası ilə büdcənin formalaşdırılması üzrə danışıqlara başlayacaq.
“Bu, İşçi Partiyasından açıq bir siqnaldır - aşağı gəlirli insanlara təzyiq göstərməyi dayandırmağın vaxtıdır”, - deyə partiya lideri Mari Sneve Martinussen bildirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.