2028-ci ildə keçiriləcək Avropa Çempionatının təqvimi təsdiqlənib.

Offsideplus.az xəbər verir ki, turnir 4 ölkədə - İngiltərə, İrlandiya, Şotlandiya və Uelsdə təşkil olunacaq.

Final oyunu məşhur "Uembli" stadionunda oynanılacaq.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Turnir 9 iyundan - 9 iyula qədər keçiriləcək. Açılış oyunu Kardiffdəki "Millenium" stadionunda baş tutacaq.