
1990-cı illərdə varlı turistlərin Sarayevoda mülki şəxsləri snayperlə hədəf aldığı iddiaları Milan prokurorluğu tərəfindən araşdırılırİtaliyanın Milan şəhər prokurorluğu 1990-cı illərdə Bosniyada müharibə zamanı “snayper safari” adı altında əcnəbi turistlərin mülki şəxsləri hədəf alması ilə bağlı cinayət işi açıbUlusum.az xəbər verir ki, jurnalist Ezio Qavazzeninin təqdim etdiyi sübutlara görə, varlı şəxslər Triestdən Bosniyaya gedərək serb mövqelərindən qadın, kişi və uşaqları vurmaq üçün pul ödəyiblər. Araşdırma “qətl” ittihamı ilə davam edir. Məlumatlara görə, bu dəhşətli səfərlərə son qoyulduğu SISMI tərəfindən bildirilib. Mövzu, 2022-ci ildə çəkilən “Sarayevo Safari” sənədli filmi ilə yenidən gündəmə gəlib.Ulusum.az / R.İkramlı
Diqqət Çəkənlər
Muazzez Abacı dünyasını dəyişdi
İtaliyada "snayper safari" qalmaqalı: Bosniyada insan ovu iddiası araşdırılır
Balina Vadisi – Dəniz Canlılarının Qədim Tarixi