AZ

“Azərbaycan idmanda şəffaflıq və ədalət prinsiplərinə sadiqdir”

Ümumdünya Antidopinq Agentliyinin (WADA) Milli Antidopinq Agentlikləri ilə əlaqələr üzrə meneceri Stefan Trinks Azərbaycanda keçirilən beynəlxalq tədbir zamanı ölkəmizin idmanda ədalət və şəffaflıq prinsiplərinə sadiqliyini yüksək qiymətləndirib.

90deqiqe.Az xəbər verir ki, o, bu fikirləri “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan “İdmanda hüquq və ədalət: Yeni antidopinq çərçivəsi” adlı beynəlxalq konfransın açılış mərasimində səsləndirib.

S.Trinks tədbirin əhəmiyyətindən danışaraq Bakıda olmaqdan məmnunluğunu ifadə edib:

“Ötən il də AMADA-nın təşkil etdiyi beynəlxalq konfransda iştirak etmişdik, lakin bu il burada olmaq daha xoşdur. Bakını çox bəyənirik və buraya ikinci dəfə gəlmək bizim üçün sevindiricidir”.

WADA rəsmisi konfransın məhsuldar keçəcəyinə inandığını bildirib:

“Bu tədbir antidopinq sahəsində təcrübə mübadiləsi və yeni yanaşmaların müzakirəsi üçün mühüm platformadır. Əminəm ki, bu konfrans gələcəkdə daha güclü beynəlxalq tərəfdaşlıqların yaranmasına təkan verəcək”.

Seçilən
28
2
90deqiqe.az

3Mənbələr