Növbəti ildən etibarən Formula 1-də mübarizə aparacaq "Audi" öz maşının rəng çalarlarını təqdim edib.

Offsideplus.az xəbər verir ki, Almaniya təmsilçisinin təqdimetmə mərasimi Münhen şəhərində baş tutub.

Komandanın pilotları Niko Hülkenberq və Qabriel Bortoleto da tədbirdə iştirak edib.

Qeyd edək ki, "Audi" Formula 1-ə "Zauber"i alaraq daxil olub.