Azərbaycan Milli Antidopinq Agentliyinin 2017–2025-ci illərdəki fəaliyyəti nəticəsində ən çox sanksiya almış idman növləri müəyyən edilib.
Paralel.az xəbər verir ki AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə bu barədə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “İdmanda hüquq və ədalət: Yeni antidopinq
çərçivəsi” adlı beynəlxalq konfransda məlumat verib.
Son 9 il ərzində güləşçilərə 22, boksçulara 20, ağırlıqqaldıranlara 12, taekvondoçulara 11, cüdoçulara 9, pauerliftinqçilərə 7, velosipedçilərə 6, atletika, həndbol və kikboksinq üzrə isə hər birinə 5 sanksiya tətbiq olunub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta