AZ

Bir neçə Avropa ölkəsi Ukrayna üçün silah alınmasına 500 milyon dollar ayıracaq

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 noyabr, AZƏRTAC

Skandinaviya və Baltikyanı ölkələr ABŞ-dan Ukrayna üçün silah alınmasına 500 milyon dollar ayıracaq.

AZƏRTAC xəbər verir ki, NATO-nun yaydığı məlumata görə, bu gün Danimarka, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç və İsveç PURL təşəbbüsü çərçivəsində ABŞ-dan Ukrayna üçün hərbi texnika və sursat alınmasını nəzərdə tutan 500 milyon dollarlıq birgə yardım paketini maliyyələşdirəcəklərini açıqlayıblar.

NATO-nun Baş katibi Mark Rutte həmin qərarı alqışlayıb və qeyd edib ki, Ukraynanın qış mərhələsinə girməsi fonunda bu cür avadanlıq son dərəcə vacibdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
167
4
azertag.az

5Mənbələr