“Qalatasaray”ın futbolçusu Eren Elmalının cəzası məlum olub.

Minval.info xəbər verir ki, 25 yaşlı cinah müdafiəçisi 45 gün komandasından uzaq qalacaq.

Bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.

Qeyd edək ki, o, mərc etdiyi üçün bu cəzaya məruz qalıb. Onun 5 il əvvəl 1 dəfə futbol oyununa mərc oynadığı müəyyən edilib.

Oyun sayı az olduğu üçün ona verilə biləcək ən yüngül cəza verilib. “Qalatasaray”ın gənc müdafiəçisi Metehan Baltacı da eyni səbəbdən cəzalanıb. O, 9 ay futbolla məşğul ola bilməyəcək.

Minval.info xəbər verir ki, PFDK mərc saytlarında oyun oynayan (son 5 il ərzində) digər klub oyunçularına da cəzalar verib:

  • Alanyaspor: İzzet Çelik – 3 ay, Enes Keskin – 3 ay, Yusuf Özdemir – 9 ay, Bedirhan Özyurt – 3 ay

  • Antalyaspor: Kerem Kayaarası – 45 gün

  • Eyüpspor: Mükremin Arda Türköz – 45 gün

  • Göztepe: İzzet Furkan Malak – 45 gün, Uğur Kaan Yıldız – 45 gün

  • Karagümrük: Furkan Bekleviç – 45 gün, Kerem Yusuf Sirkeci – 3 ay

  • Kayserispor: Berkan Aslan – 3 ay, Abdulsamet Burak – 12 ay

  • Kasımpaşa: Ege Albayrak – 45 gün, Ali Emre Yanar – 45 gün

  • Konyaspor: Adil Demirbağ – 45 gün, Alassane Ndao – 12 ay

  • Samsunspor: Celil Yüksel – 45 gün

  • Trabzonspor: Boran Başkan – 3 ay, Salih Malkoçoğlu – 45 gün