AZ

İranla Qətər əməkdaşlığın inkişafını və Qəzzadakı vəziyyəti müzakirə edib

İran və Qətər qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsi üçün səylərin davam etdirilməsinin vacibliyini müzakirə edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə telefon danışığı aparıb.

Tərəflər Pakistan-Əfqanıstan münasibətlərindəki gərginliklə bağlı narahatlığını ifadə edib, sülh və sabitliyin qorunması üçün regional əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Bundan başqa, Qəzza zolağında son hadisələr və BMT Təhlükəsizlik Şurasında ABŞ-nin son qətnamə layihəsi müzakirə edilib, Fələstin xalqının qanuni hüquqlarının qorunması üçün davamlı olaraq məsləhətləşmələrin aparılmasının zəruriliyi diqqətə çatdırılıb.

Seçilən
16
1
far.az

2Mənbələr