AZ

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi reallığa çevrilir VİDEO

Bakı, 13 noyabr, AZƏRTAC

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması istiqamətində mühüm addımlar atılır. Artıq dəhlizin reallığa çevrilməsi praktiki mərhələyə qədəm qoyub. Ötən ay Bakıda Azərbaycan, Rusiya və İran nümayəndələrinin dəhlizin fəaliyyətinin artırılması və digər texniki məsələlər ətrafında müzakirələri böyük önəm daşıyır. Görüşün yekununda hər 3 ölkənin gömrük, sərhəd və nəqliyyat orqanlarının təmsilçilərindən ibarət işçi qruplarının yaradılması qərara alınıb ki, bu da dəhlizin inkişafında müsbət rol oynayacaq.

Qeyd edək ki, öz başlanğıcını Hindistan limanlarından götürən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Körfəzdən, İran, Azərbaycan və Rusiya ərazilərindən keçərək malların Avropaya çatdırılmasını nəzərdə tutur.

Seçilən
15
2
azertag.az

3Mənbələr