AZ

ABŞ və Suriya İran və “Hizbullah”a qarşı BİRLƏŞİR

Suriya ABŞ-nin İran və “Hizbullah”la mübarizədə tərəfdaşı olacaq.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-nin xüsusi nümayəndəsi Barrak məlumat yayıb.

Barrak bildirib ki, Suriya ABŞ-a İŞİD, SEPAH, HƏMAS, “Hizbullah” və digər terror qruplaşmalarına qarşı mübarizədə aktiv kömək etməyə razılaşıb. Bu açıqlama Suriya Prezidenti Əhməd Əş-Şəranın Ağ Evə səfərindən sonra verilib.

Diplomat “X” hesabında qeyd edib ki, bu addım Suriyanın təcriddən çıxaraq Vaşinqtonla tərəfdaşlığa keçdiyini və Yaxın Şərqdə sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində birgə səylər üçün yeni imkanlar açdığını göstərir.

Əlavə: Bu razılaşma regionda geosiyasi balansı dəyişə bilər və ABŞ-ın Yaxın Şərq strategiyasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Xuraman Etibarlı
İnterpress.az

Seçilən
27
1
interpress.az

2Mənbələr