İsrail Müdafiə Qüvvələri yeraltı infrastruktur və silah anbarı da daxil olmaqla, “Hizbullah”ın strateji hədəflərinə bir sıra zərbələr endirdiyini açıqlayıb: “Bu terrorçu infrastruktur hədəfləri mülki əhalinin yaxınlığında yerləşir ki, bu da “Hizbullah”ın Livan mülki əhalisini əməliyyatları üçün canlı qalxan kimi istifadə etməsinin daha bir nümunəsidir.”, – İDF bildirib.
Bəyanatda həmçinin “Hizbullah”ın fəaliyyətinin İsrail və Livan arasındakı razılaşmaları pozduğu vurğulanıb.
//Samir Qurbanov, Editor.az