Rusiyanın Kareliya Respublikasında yerləşən Prionejski rayonunda hərbi təyyarə qəzaya uğrayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "SHOT" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Su-27 qırıcısı Petrozavodsk şəhəri yaxınlığında yerə çırpılıb.
Hərbi təyyarə şəhər aeroportunun yaxınlığında, meşə massivinə düşüb. Hadisə yerinə fövqəladə xidmətlər cəlb olunub.
Bildirir ki, təyyarədə olan iki ekipaj üzvü həlak olub.