Bakı. Trend:
Pentaqon katibi Pit Heqset Qərb yarımkürəsindənarko-terrorçulara qarşı əməliyyatın başladığını elan edib.
Trend-in məlumatına görə, bu barədə Pit Heqset "X" sosialşəbəkəsində yazıb.
"Prezident Tramp hərəkətə keçmək əmrini verib və MüharibəNazirliyi onu yerinə yetirir. Bu gün mən Birgə Əməliyyat Qrupu olanSouthern Spear və ABŞ Cənub Komandanlığının rəhbərliyi ilə"Southern Spear" əməliyyatını elan edirəm", - deyə o bildirib.
O, əməliyyatın ABŞ-ı qorumaq məqsədi daşıdığını bildirib.
"Bu missiya vətənimizi qorumaq, narko-terrorçularıyarımkürəmizdən qovmaq və vətənimizi insanlarımızı öldürənnarkotiklərdən qorumaq deməkdir", - deyə nazir qeyd edib.