ain.az bildirir, Olke.az saytına əsaslanaraq.
"ABŞ Prezidenti Donald Trampın az təminatlılara gömrük rüsumlarından dividendlər kimi 2 min dollar ödəmə vədi Konqreslə razılaşdırılmalıdır".
"Ölkə.az" xəbər verir ki, bunu Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett etiraf edib.
“Bu, qanunvericilik qərarları tələb edəcək”, - deyə Hassett bildirib.
O qeyd edib ki, gömrük rüsumları tətbiq edildikdən sonra büdcədə lazım olan vəsait tapılacaq.
“Bu çekləri ödəmək və büdcəyə müdaxilə etməmək üçün kifayət qədər imkan olacaq”, - deyə Ağ Ev əməkdaşı əlavə edib.
Hassett administrasiyanın bu məsələ ilə bağlı Konqreslə əməkdaşlıq edib-etməyəcəyini dəqiqləşdirməyib, lakin Ağ Evdə bu imkanın fəal şəkildə araşdırıldığını təsdiqləyib.
9 noyabrda Tramp bəyan edib ki, idxaldan rüsumların yığılması ABŞ-ın 37 trilyon dollara çatan dövlət borcunu ödəməyə imkan verəcək. Bundan əlavə, o, bütün az təminatlı vətəndaşlara ödəniş vəd edib. ABŞ liderinin sözlərinə görə, ödənişlər və dövlət borcunun azaldılması xarici ölkələrdən ABŞ-a daxil olan böyük tarif gəlirləri hesabına mümkündür.
Bundan əvvəl Tramp, hökumətin fəaliyyətinin dayandırılması (şatdaun) fonunda bütün vəsaitlərin hərbçilərin maaşlarına yönəldilməsini tapşırmışdı.(Publika.az)
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.