AZ

Media: Tramp Venesuelaya yenilənmiş mümkün hərbi əməliyyatlar barədə məlumatlandırılıb

ain.az, Azertag saytına istinadən bildirir.

Vaşinqton, 14 noyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp quru zərbələri də daxil olmaqla Venesuelaya mümkün hərbi əməliyyatların yenilənmiş variantları barədə məlumatlandırılıb.

AZƏRTAC-ın “ABC News”a istinadla verdiyi məlumata görə, brifinq dünyanın ən böyük təyyarədaşıyan gəmisi olan “USS Gerald Ford”un Karib dənizinin şimalındakı ABŞ Cənub Komandanlığının əməliyyat zonasına gəlməsindən sonra baş tutub. Daşıyıcını F-18 qırıcı təyyarələri də daxil olmaqla təxminən 60 təyyarə müşayiət edir və bu da ordunun bölgədəki atəş gücünü əhəmiyyətli dərəcədə artırır və Latın Amerikasındakı qoşunların sayını 15 minə çatdırır.

Bildirilir ki, brifinqin olması hücumun qaçılmaz olduğu demək deyil. Tramp administrasiyası heç bir tədbir görülməməsindən başlayaraq dəniz limanlarına, hava limanlarına və hərbi obyektlərə hava zərbələri endirməyə qədər müxtəlif variantları nəzərdən keçirir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
2
azertag.az

3Mənbələr