AZ

DÇ 2026: Mundilalda iştirak edəcək 29 komanda müəyyənləşib

ain.az, sport24.az saytına istinadən bildirir.

Ötən gecə Fransa millisi öz meydanında DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukraynanı 4-0 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, bu qələbə sayəsində Didye Deşamın baş məşqçisi olduğu komanda mundila vəsiqəni təmin edib.

Bununla da Fransa gələn il keçiriləcək dünya çempionatına yollanacaq 29-cu komanda olub.

Qeyd edək ki, Fransa ilə yanaşı, Kanada, Meksika, ABŞ, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Kot-d'İvuar, Qətər, Səudiyyə Ərəbistanı və İngiltərənin də dünya çempionatında iştirak edəcəyi dəqiqləşib. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
sport24.az

1Mənbələr