AZ

2025-ci ilin ilk doqquz ayında idmançılardan 649 test götürülüb

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2025-ci ilin ilk doqquz ayında idmançılardan 649 dopinq testi götürüb.

Sportinfo.az xəbər verir ki, bu barədə AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "İdmanda hüquq və ədalət: Yeni antidopinq çərçivəsi" adı altında keçirilən beynəlxalq konfransın açılış mərasimində məlumat verib.

Bunların 282-si yarış zamanı, 367-si isə turnirdən kənar olub.

Bundan əlavə 68 idmançı Qeydiyyata alınmış Test Qrupunun (QTQ) nəzarətindədir.

Seçilən
14
1
sportinfo.az

2Mənbələr