AZ

Rusiyanın bu şəhərindəki hərbi baza qanadlı raketlə vuruldu... Dəhşətli partlayış... VİDEO

Moderator.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

14 noyabr gecəsi Rusiyanın Novorossiysk şəhərinə qanadlı raket zərbəsi endirilib və bu, güclü partlayışa səbəb olub.

Moderator.az bu haqda "Fokus" nəşrinə istinadla xəbər verir.

Hədəfə dəyən zərbə ilə bağlı məlumatlar müxtəlifdir və "Kiberboroşno" icması yer-hava raket sisteminin məhv edildiyini bildirib.

"Novorossiyskdə raketin 1537-ci Kuban qırmızı bayraqlı zenit raket alayının ərazisindəki "S-300/400" komplekslərinin mövqelərinə dəydiyi ehtimal olunur", - deyə məlumatda bildirilir.

Bu arada, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko Novorossiyskdə yerli neft terminalının vurulduğunu iddia edir.

Telegram monitorinq kanalları isə sursat anbarının vurulduğunu bildirir.

Ukrayna rəsmiləri, kəşfiyyat orqanları və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumatın dərc olunduğu vaxt raketin Novorossiyskdəki dəqiq yerini dəqiqləşdirməyib.

Xatırladaq ki, 13 noyabr gecəsi Rusiyanın Oryol şəhərinə "Flamingo" raketləri hücum edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
1
moderator.az

2Mənbələr