AZ

“İnanıram ki, yaxın gələcəkdə xalqımızı sevindirəcəyik” - “Qarabağ”ın futboolçusu

BAKI, 14 noyabr. TELEQRAF

“Bir futbolçu olaraq mən də istəyirəm ki, qələbə qazanaq. Təəssüf ki, olmur. Amma inanıram ki, yaxın gələcəkdə xalqımızı sevindirəcəyik”.

Bu sözləri Teleqraf-a açıqlamasında Azərbaycan millisinin üzvü Abbas Hüseynov deyib.

30 yaşlı futbolçu DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya 0:2 hesabı ilə uduzduqları matç barədə danışıb: “Bu, hələ başlanğıcdır. Ayxan müəllim gəldikdən sonra xarakter, əzm və ümumi oyun prosesi yaxşı qurulub. İnanıram ki, gələcəkdə daha yaxşı çıxış edib, xalqımızı sevindirəcəyik”.

Abbasov 2 gün sonra baş tutacaq Fransa ilə oyuna uğurlu nəticə üçün çıxacaqlarını qeyd edib: “Fransa ilə oyuna qədər çalışacağıq, istirahətimizi yaxşı edək. Vaxt az olsa da, əlimizdən gələni edəcəyik ki, ən azından xalqımızı sevindirək. Qarşıda çətin rəqib var, amma yaxşı nəticəyə ümid edirik”.

Qeyd edək ki, Azərbaycan - Fransq matçı noyabrın 16-da, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Seçilən
39
2
teleqraf.com

3Mənbələr