DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin V turu çərçivəsində Azərbaycan - İslandiya oyunu keçirilib.
Xezerxeber.az xəbər verir ki, 8-ci kilometr qəsəbə stadionunda təşkil olunan görüş rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Albert Qudmundsson və Sverrir İnqason vurublar.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə sonuncu görüşünü noyabrın 16-da Bakıda Fransaya qarşı keçirəcək.