AZ

Pentaqon narkotik terrorçularına qarşı yeni əməliyyat elan edib

Pentaqonun rəhbəri Pit Heqset Qərb yarımkürəsində narko-terrorçulara qarşı “Cənub Nizəsi” adlı yeni əməliyyat elan edib.

"Unikal" xəbər verir ki, o, bu barədə "X" sosial media platformasında yazıb.

Onun sözlərinə görə, “Cənub Nizəsi”nin Birgə İşçi Qüvvəsi və ABŞ Cənub Komandanlığının rəhbərlik etdiyi missiya ölkəni qoruyacaq, narkoterrorçuları yarımkürədən çıxaracaq və ABŞ-nin narkotikdən azad olmasını təmin edəcək.

"Qərbi yarımkürə Amerikanın ərazisidir və biz onu müdafiə edəcəyik", - Pentaqon rəhbəri bildirib.

Gülayə Mecid

Seçilən
39
unikal.az

1Mənbələr