AZ

Qəbiristanlıqda sui-qəsd: Ukrayna kəşfiyyatı Rusiyanın dövlət məmurunu öldürmək istədi

Moskvada Troekurovskoye qəbiristanlığında Ukrayna xüsusi xidmət orqanları tərəfindən planlaşdırılan yüksək rütbəli rusiyalı məmurun öldürülməsinin qarşısı alınıb.

Publika.az xəbər verir ki, bu barədə FSB məlumat yayıb.

“Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti, Rusiyanın yüksək rütbəli dövlət məmuru Troekurovski qəbiristanlığında yaxın qohumunun dəfnində iştirak edərkən ona qarşı Ukrayna xüsusi xidmət orqanları tərəfindən planlaşdırılan terror aktının qarşısını alıb”, - məlumatda deyilir.

Qeyd olunur ki, Ukrayna xüsusi xidmət orqanları terror aktını törətmək üçün 4 nəfəri cəlb edib.

Seçilən
60
34
publika.az

10Mənbələr