AZ

Tramp Səudiyyədən KONKRET addımlar gözləyir

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanından Qəzzada müharibə bitdikdən sonra İsraillə münasibətləri normallaşdırmaq üçün konkret addımlar gözlədiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Tramp bu gözləntiləri ötən ay bin Salmanla telefon danışığında çatdırıb.

Vəliəhd əməkdaşlığa hazır olduğunu desə də, normallaşma üçün yol xəritəsi təqdim etməyib.

ABŞ rəsmiləri prosesin təhlükəsizlik paktı və Fələstin dövlətinin tanınması kimi şərtlərdən asılı olduğunu bildiriblər.

Qeyd edək ki, Bin Salmanın 18 noyabr Vaşinqton səfərində bu məsələlərin Trampla müzakirə ediləcəyi gözlənilir.

Əli Hüseynov

Seçilən
35
1
bakivaxti.az

2Mənbələr