AZ

Rəsmən təsdiqləndi - İrana hücum edəcəklər

BAKI, 14 noyabr. TELEQRAF

“İranla 12 günlük müharibənin bitməsi qərarı ABŞ-nin təzyiqi ilə yox, İsrailin dəqiq və əvvəlcədən müəyyən edilmiş hədəflərinə çatmasından sonra verilib”.

Teleqraf xəbər verir ki, bunu İsrail Baş naziri Binyamin Netanyahu deyib.

Baş nazir ABŞ-nin İrana hücumların dayandırılmasında rol oynadığı iddialarını “tamamilə yanlış” adlandırıb.

Netanyahu müharibədə İsrailin əvvəlcədən müəyyən edilmiş hədəfləri barədə bildirib: “Nüvə obyektləri, raket istehsalı mərkəzləri və bir neçə başqa hədəfi vurmaq istəyirdik. Bunu etdikdən sonra müharibə bitdi”.

İsrail lideri həmçinin mümkün yeni hücum üçün planın mövcudluğunu təsdiqləsə də, ehtimal olunan bu əməliyyatın icrasına ABŞ tərəfindən heç bir maneə olmadığını və İsrailin öz planına uyğun hərəkət etdiyini vurğulayıb.

Binyamin Netanyahunun sözlərinə görə, ölkəsi ABŞ ilə birlikdə İranın dağıdılmış nüvə obyektləri bərpa etmək cəhdlərini izləyir.

Baş nazir İranın hərbi komandirləri, nüvə alimləri, uranın zənginləşdirilməsi mərkəzləri və ballistik raket proqramına qarşı həyata keçirilən genişmiqyaslı hücumları “zəruri” adlandıraraq əlavə edib ki, bu addımlar İsraili məhv etməyi hədəfləyən Tehranın proqramının qarşısını almaq üçün atılıb.

Seçilən
19
teleqraf.com

1Mənbələr