AZ

ABŞ Türkiyənin Cənubi Qafqazdakı roluna qarşı deyil

Türkiyə Cənubi Qafqazda çox vacib rol oynayır və ABŞ buna qarşı deyil, Vaşinqton Ankaranı regionda mühüm müttəfiq hesab edir.

Modern.az xəbər verir ki, bunu amerikalı politoloq və ABŞ-ın 43-cü prezidenti Corc Buşun Rusiya və Avrasiya üzrə keçmiş köməkçisi Tomas Qrem “Güc Faktoru” proqramında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqaz məsələsi, məsələn, Mərkəzi Asiyadan daha mürəkkəbdir, çünki ABŞ-ın Cənubi Qafqazda birbaşa öz maraqları var və buna görə də orada aktiv rol oynamaq niyyətindədir.

“Düşünmürəm ki, ABŞ bu məsələdə tamamilə Türkiyəyə etibar edəcək, amma ən azı Trampın dövründə sıx müzakirələr mütləq davam edəcək”, - deyə o vurğulayıb.

Tomas Qrem əlavə edib ki, Vaşinqton Türkiyənin həm də Mərkəzi Asiyada aktiv rol oynamasına qarşı deyil.

“ABŞ-ın rəqibləri olan Rusiya və Çin hazırda orada əhəmiyyətli rol oynayırlar. Buna görə də Türkiyənin bu bölgədəki fəaliyyəti əsasən ABŞ-ın maraqları ilə uzlaşır.
Mərkəzi Asiyada yüksək texnologiyaların inkişafı üçün vacib olan geniş mineral ehtiyatları var, ona görə də bütün böyük dövlətlər arasında regiona maraq artır. Buna görə də orada geosiyasi rəqabətin güclənəcəyini proqnozlaşdırmaq olar", - deyə o bildirib. 

Seçilən
23
5
modern.az

7Mənbələr