AZ

Çində sənaye istehsalı ilin ilk on ayında 6,1% artıb

Çin sənayesinin oktyabr göstəricisi ilin ən zəif nəticələrindən biri kimi qiymətləndirilir...

Poliqon xəbər verir ki, Çində sənaye istehsalının həcmi 2024-cü ilin yanvar–oktyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 6,1% artıb. Bu barədə “Sinxua” agentliyi Milli Statistika Bürosunun (NBS) məlumatlarına istinadən bildirib. Oktyabr ayında isə sənaye istehsalının illik artımı 4,9% təşkil edib.

Reuters analitikləri oktyabr göstəricisini ilin “ən zəif” nəticələrindən biri kimi qiymətləndirir. Xatırladaq ki, sentyabrda artım 6,5% idi. Agentlik həmçinin qeyd edir ki, ölkədə pərakəndə satışlar da zəifləyib və bu, tələb və təklif arasında artan gərginliyi daha da kəskinləşdirir. Mütəxəssislərin fikrincə, bu tendensiya gələcək aylarda iqtisadi artım tempinin əlavə zəifləməsi riskini artırır.

ABŞ mediasının analitikləri yazır ki, iqtisadi yavaşlama Çində ixracyönümlü modelin yenidən qurulmasını tələb edən siyasətçilərin mövqeyini gücləndirib. Onların qənaətinə görə, mövcud iqtisadi model çərçivəsində Çin yalnız yeni sənaye parklarının, elektrik yarımstansiyalarının, su anbarları və bəndlərin geniş tikintisi sayəsində əhəmiyyətli artım əldə edə bilər.

Ekspertlər həmçinin qeyd edir ki, daxili tələbin zəifliyi, daşınmaz əmlak sektorundakı qeyri-müəyyənlik və geosiyasi gərginlik Çinin yaxın perspektivdə iqtisadi artımına ciddi təzyiq göstərməkdə davam edir.

Poliqon.info

Seçilən
14
poliqon.info

1Mənbələr