AZ

Türkiyədə hüquq mühafizə orqanları 1 tondan çox narkotik vasitə aşkarlayıb

Bakı. Trend:

Türkiyənin Kocaeli şəhərinin Derince dəniz limanında hüquqmühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsindənümumilikdə 1 ton 508 kiloqram çəkidə narkotik vasitələraşkarlanaraq müsadirə olunub.

Trend xəbər verirki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya öz rəsmi“X” səhifəsində məlumat verib.

Əməliyyatda Kocaeli, İstanbul, Artvin vilayətlərinin polisidarələrinin narkotik vasitələrlə mübarizə bölmələrininəməliyyatçıları iştirak edib və 5 nəfər şübhəli şəxs qismindəsaxlanılıb.

“1 ton 508 kiloqram” skank narkotik maddəsini ələ keçirərək onuninsanlar arasında yayılmasının və cəmiyyətin sağlamlığına zərərvurmasının qarşısını aldıq...Bizim bütün mübarizəmiz başdagənclərimiz olmaqla bütün vətəndaşlarımızı qorumağa yönəlib. Və bizbu mübarizəni təkcə ölkəmiz üçün deyil, bütün insanlıq üçünaparırıq.Əməliyyatda əməyi keçənləri təbrik edirəm”,- deyəYerlikaya yazıb.

Məqalədə:
Seçilən
40
az.trend.az

1Mənbələr