AZ

ABŞ–Səudiyyə xətti hərəkətə keçir: Tramp Ər- Riyaddan İsraillə yaxınlaşma gözləyir

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla telefonla danışıb.

Turkustan.az xəbər verir ki, Axios-un məsələ ilə tanış olan iki ABŞ rəsmisinə istinadən verdiyi xəbərə görə Tramp Ər-Riyadın İsraillə normallaşma istiqamətində addımlar atacağını gözləyir.

Ötən ay Tramp Səudiyyə Ərəbistanının vəliəhdi ilə telefon danışığı aparıb və Səudiyyə-İsrail münasibətlərinə dair gözləntilərini dilə gətirib.

Açıqlanmayan telefon danışığında Tramp bin Salmana Səudiyyə Ərəbistanının “Qəzzada müharibə bitdikdən sonra” İsraillə münasibətləri normallaşdırmaq istiqamətində konkret addımlar atacağını gözlədiyini bildirib.

Bin Salman ABŞ prezidentinin İsraillə münasibətlərə dair çağırışına "bu məsələdə Tramp administrasiyası ilə işləməyə hazır olduğunu" deyərək cavab verib, lakin konkret yol xəritəsi irəli sürülməyib.

Eyni səlahiyyətlilər, səudiyyəlilərin İsraillə normallaşma prosesinin şərtləri olaraq "ABŞ ilə hərtərəfli təhlükəsizlik paktının imzalanması" və "Fələstin dövlətinin tanınması" kimi mühüm mövzuları masaya gətirdiklərini bildiriblər.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
17
1
turkustan.az

2Mənbələr