AZ

DÇ-2026: Final mərhələsinin 29-cu komandası

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən matçlarından sonra daha bir komanda əsas mərhələyə vəsiqəni təmin edib.

Msport.az xəbər verir ki, bu, Fransa yığmasıdır.

Sözügedən milli D qrupunda Ukrayna ilə 5-ci tur matçına çıxıb. Didye Deşamın baş məşqçilik etdiyi kollektiv 4:0 hesabı ilə qalib gəlib. Beləliklə, Fransa ardıcıl 8-ci dəfə mundialın final mərhələsində mübarizə aparacaq.

Fransa millisi DÇ-2026-da iştirak hüququna yiyələnən 29-cu komanda olub.

Daha əvvəl Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika,  Qətər,  İngiltərə,  Səudiyyə Ərəbistanı, Kot-d’İvuar,  Seneqal, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Koreya, İordaniya, Avstraliya, Ekvador və Braziliya DÇ-2026-nın final mərhələsinə vəsiqə əldə edib. ABŞ, Kanada və Meksika isə ev sahibləri kimi turnirə birbaşa vəsiqə qazanıblar.

DÇ-2026-nın əsas mərhələsində tarixdə ilk dəfə olaraq 48 komanda mübarizə aparacaq. Yarış iyunun 11-də start götürəcək və iyulun 19-da başa çatacaq.

Seçilən
15
1
msport.az

2Mənbələr