AZ

Kəşfiyyat İranın ölümcül hücumunun qarşısını aldı

BAKI, 14 noyabr. TELEQRAF

Kanada kəşfiyyatı İranın düşmən hesab etdiyi şəxslərə qarşı planlaşdırılan ölümcül hücumunun qarşısınl alıb.

Teleqraf xəbər verir ki, Kanada Təhlükəsizlik Xidmətinin (CSIS) direktoru Den Rocers konkret olaraq İranın kimə hücuma hazırlaşdığını açıqlamayıb.

“Xüsusilə son bir ildə ortaya çıxan narahatedici halların fonunda, İranın kəşfiyyat xidmətləri və onların nümayəndələrinin fəaliyyətinə qarşı əməliyyat prioritetlərini yenidən nəzərdən keçirməli olduq. Bu şəxslər öz rejimi üçün təhlükə hesab etdikləri adamları hədəf seçirdilər. Belə bir neçə hadisə qeydə alınıb. Məqsədimiz Kanadada yaşayan şəxslərə qarşı potensial ölümcül təhlükələrin aşkarlanması, araşdırılması və qarşısının alınmasıdır”, - o bildirib.

“Reuters” yazıb ki, Kanadanın İranla münasibətləri gərgindir, diplomatik əlaqələr 2012-ci ildə kəsilib. Ötən il Kanada İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil edib, qərar Tehranın kəskin tənqidinə səbəb olub.

Seçilən
11
teleqraf.com

1Mənbələr