AZ

Ermənistanda tanınmış podkastçıya qarşı CİNAYƏT İŞİ AÇILDI

Ermənistanda məşhur podkast aparıcısı Vazgen Saqatelyan 2 ay müddətinə həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“İmnemnimi” podkastının aparıcısı və bloqer Vazgen Saqatelyan Ermənistanda saxlanılaraq 2 ay müddətinə həbs olunub.

O, bu gün səhər saatlarında İrəvandakı evində “xuliqanlıq” maddəsi ilə tutulub.

Məlumata görə, Saqatelyana qarşı cinayət işi parlament sədri Alen Simonyanın müraciəti əsasında açılıb.

Hadisənin detalları açıqlanmasa da, iddialar onun son çıxışları və sosial şəbəkədəki paylaşıqları ilə əlaqələndirilir.

Saqatelyanın vəkilləri həbsi əsassız hesab edir və qərardan şikayət veriləcəyini bildirirlər.

Ermənistan mediasında bu hadisə söz azadlığı ilə bağlı yeni müzakirələr doğurub. Saqatelyanın tərəfdarları bunun siyasi motivli həbs olduğunu deyir, hökumət isə ittihamı rədd edir.

Xuraman Etibarlı

İnterpress.az

 

Seçilən
12
interpress.az

1Mənbələr