AZ

İsrail Norveçin Baş nazirinin ölkəyə girişinə icazə verməyib

İsrail Norveçin Baş naziri Yonas Qar Störenin “siyasi səbəblərə görə” ölkəyə girişinə icazə verməyib. Nazir danışıqlar üçün bu ölkəyə səfər etmək istəyirdi.

Herbiand.az bildirir ki, bu barədə Norveçin Dagens Næringsliv qəzeti mənbələrə istinadən xəbər verir.

“Störe Qəzza zolağında atəşkəsdən sonra danışıqlar üçün İsrailə gəlməyə cəhd edib. Lakin İsrailin Baş naziri Benyamin Netanyahu imtina edib. Çünki siyasi səbəblərə görə Norveç tərəfindən belə səfərin olmasını istəməyib”, - məqalədə yazılıb.

Qəzetin mənbələrinə görə, Norveçin Baş nazirinə ötən ay İsrailə girişinə icazə verilməyib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
24
herbiand.az

1Mənbələr