Ermənistan hökuməti ABŞ ilə Sünikdən keçən “Tramp marşrutu”nun 49 və ya 99 il müddətinə icarəyə verilməsi üzrə iki ssenarini müzakirə edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən regional təhlükəsizlik konfransında məlumat verib.
Paşinyanın sözlərinə görə, avqustun 8-də Vaşinqtonda imzalanan bəyannamə zamanı ilkin olaraq 99 illik icarə variantı gündəmdə olub.
Baş nazir bildirib ki, müzakirələrin siyasi tərəfi yoxdur və məsələ yalnız maliyyə-iqtisadi şərtlərlə bağlıdır. Onun sözlərinə görə, investor qoyduğu sərmayənin geri dönüşü və mənfəət əldə etməsinə dair təminat görməlidir. İcarə müddəti də məhz investisiyanın özünü nə qədər müddətə doğrultmasına əsasən müəyyənləşdiriləcək.