AZ

Ermənistan ABŞ ilə "Tramp marşrutu"nun icarəyə verilməsi üçün iki variantı müzakirə edir

Ermənistan hökuməti ABŞ ilə Sünikdən keçən “Tramp marşrutu”nun 49 və ya 99 il müddətinə icarəyə verilməsi üzrə iki ssenarini müzakirə edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən regional təhlükəsizlik konfransında məlumat verib.

Paşinyanın sözlərinə görə, avqustun 8-də Vaşinqtonda imzalanan bəyannamə zamanı ilkin olaraq 99 illik icarə variantı gündəmdə olub.

Baş nazir bildirib ki, müzakirələrin siyasi tərəfi yoxdur və məsələ yalnız maliyyə-iqtisadi şərtlərlə bağlıdır. Onun sözlərinə görə, investor qoyduğu sərmayənin geri dönüşü və mənfəət əldə etməsinə dair təminat görməlidir. İcarə müddəti də məhz investisiyanın özünü nə qədər müddətə doğrultmasına əsasən müəyyənləşdiriləcək.

Seçilən
106
16
operativmm.az

10Mənbələr