AZ

Prezident İlham Əliyev beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb

Bakı. Trend:

Prezident İlham Əliyev “Beynəlxalq nəqliyyat xətlərinintəhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarınınrolu” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətünvanlayıb.

Trend xəbərverir ki, müraciətdə qeyd olunub:

"Hörmətli konfrans iştirakçıları,

Sizi “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təminolunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda beynəlxalqkonfransın açılışı münasibətilə Xankəndidə səmimi-qəlbdənsalamlayıram.

Qardaş ölkələri təmsil edən xüsusi xidmət orqanlarınınnümayəndələrinin bu tədbirdə iştirakı təhlükəsizlik və əməkdaşlığıngücləndirilməsinə olan ümumi baxışımızın bariz göstəricisidir.

Bugünkü tədbirin ölkələrimiz və bütövlükdə region üçün stratejiəhəmiyyət daşıyan beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinintəmin olunması mövzusuna həsr olunması təsadüfi deyil. Son zamanlardünyanın müxtəlif bölgələrində müşahidə olunan qarşıdurmalarbeynəlxalq və regional təhlükəsizliyi ciddi şəkildə təhdid edənmüxtəlif çağırışların artmasına səbəb olur. Bu mənada ölkələrimizinərazisindən keçən, Avropa ilə Asiyanı birləşdirən geniş nəqliyyatşəbəkəsinin mühafizə olunması üçün xüsusi xidmət və təhlükəsizlikorqanları arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi böyükönəm daşıyır.

Bu gün bizim ölkələr Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinininkişaf etdirilməsində aparıcı rola malikdirlər. Azərbaycan müasirdəmir və avtomobil yolları, eləcə də hava və dəniz limanlarıinfrastrukturuna böyük sərmayələr yatırır. Biz bu nəqliyyat vəkommunikasiya xətlərini təkcə iqtisadi rifah mənbəyi kimi deyil,eyni zamanda Türk dövlətlərinin siyasi, mədəni, təhlükəsizlik vəmüdafiə sahələrində daha sıx inteqrasiyası üçün vacib təməl kimigörürük.

Zəngəzur dəhlizinin açılması ölkələrimiz arasında birbaşa vəmaneəsiz əlaqələrin qurulmasında mühüm rol oynayacaqdır. Bulayihənin reallaşması nəticəsində yükdaşıma həcminin çoxalmasıregionun rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaqdır.Bununla belə, nəqliyyat qovşaqlarımızın artan rolu onlarıdestruktiv qüvvələrin hədəfinə çevirir. Nəqliyyat və kommunikasiyaxətlərimiz beynəlxalq terrorçuluqla, transmilli mütəşəkkilcinayətkarlıqla, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə,qaçaqmalçılıqla, eləcə də kritik nəqliyyat infrastrukturununidarəetmə sistemlərinin iflicinə yönəlmiş kibertəhdidlərləüzləşir.

Nəhəng regional layihələrin icrasına mane olmaq məqsədi daşıyanxarici müdaxilə və sabitliyi pozma cəhdləri də xüsusi qeydedilməlidir. Məhz buna görə də xüsusi xidmət orqanları arasındaqarşılıqlı əməkdaşlığın gücləndirilməsi həyati zərurətəçevrilmişdir. Əsas nəqliyyat obyektlərinə, marşrutlara vəümumiyyətlə dövlətlərimizə qarşı planlaşdırılan pozuculuq aktlarıbarədə fasiləsiz və operativ məlumat mübadiləsinin aparılması vəbirgə profilaktik tədbirlərin görülməsi olduqca vacibdir.

Müvafiq kontekstdə tranzit xətlərimizdən istifadə etməyə cəhdgöstərən terrorçu təşkilatların və cinayətkar qrupların destruktivfəaliyyətinin qarşısının alınması üçün əlaqələndirilmiş əməliyyattədbirlərinin hazırlanması və reallaşdırılması da prioritetfəaliyyət istiqamətləri sırasında yer almalıdır. Bu əməkdaşlıqkibertəhdidlərdən müdafiə, eləcə də nəqliyyat axınlarına nəzarət vəmonitorinq üçün qabaqcıl texnologiyaların tətbiqi sahəsində təcrübəmübadiləsini də əhatə etməlidir.

Nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyi sahəsindəəməkdaşlığımızın effektivliyi qardaş dövlətlərin iqtisadiinkişafının və uzunmüddətli sabitliyinin zəmanətidir. Əminəm ki,bugünkü tədbir və ən əsası xüsusi xidmət orqanlarının daimi birgəişi ölkələrimizin təhlükəsizliyi, sabitliyi və rifahı ilə bağlıümdə məsələlərin həllinə kömək edəcək, xalqlarımızın dinc vəfiravan inkişafına töhfə verəcəkdir.

Bütün tədbir iştirakçılarını bir daha Qarabağda ürəkdənsalamlayır, konfransın praktiki əhəmiyyətli nəticələrləyekunlaşmasını arzulayıram!"

Seçilən
43
49
az.trend.az

7Mənbələr