Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Dünən axşam saatlarında İranın Qaləgənc rayonunun Solan, Rəmişk yolunda “Peugeot Pars”, “Pride” və yanacaq daşıyan “Nissan”ın toqquşması nəticəsində 12 nəfər həyatını itirib, 1 nəfər yaralanıb.
Məlumata görə, “Peugeot Pars”da olan 8 nəfər Solan sakini, “Nissan”dakı 2 nəfər İranşəhər sakini və “Pride” avtomobilindəki 2 sərnişin ölüb. Qəzada yeganə sağ qalan yaralı şəxs “Pride”ın sürücüsü olub. Ölənlər arasında hamilə qadın da olub.Görüntülər toqquşmanın şiddətini göstərir. Bir-birinə çırpılan avtomobillər qəflətən alışıb. Maşından çıxa bilməyən sərnişinlər diri-diri yanıb.Rəsmi qurumlar 8 nəfər öldüyünü desə də, yerli mənbələr dəqiq sayın 12 olduğunu təsdiqləyir.Solan, Rəmişk yolu işıqlandırmanın olmaması və yolun bərbad vəziyyəti səbəbilə tez-tez qəzalarla gündəmə gəlir.
Cavid, BakuPost
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.