"Ermənistan ABŞ ilə Sünikdən keçən "Tramp yolu"nun 49 və ya 99 il müddətinə icarəyə götürülməsi ilə əlaqədar iki ssenari üzərində müzakirələr aparır. Müddətlər, əlbəttə, investisiyalardan asılıdır. İnvestorların öz sərmayələrini müəyyən mənfəətlə birgə geri götürə bilməsi üçün vaxt və zəmanət lazımdır",– hökumət başçısı söyləyib.
O öz çıxışında həmçinin cari ayın əvvəlində Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirilmiş Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Prezident İlham Əliyevlə görüşünü də xatırladıb. Bildirib ki, həmin vaxtAzərbaycan lideri ilə "Tramp yolu" boyunca elektrik və qaz xətlərinin çəkilişi barədə fikir mübadiləsi aparıb, tərəflər razılığa gəliblər.
Nikol Paşinyan, eyni zamanda, vurğulayıb ki, İrəvan bu müzakirələrdə, yəni layihənin icrasında hər hansı siyasi komponent görmür:"Layihə yalnız maliyyə məzmunludur və iqtisadi xarakter daşıyır".
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə, Bakı ilə İrəvan arasında nəqliyyat dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar. İmzalama mərasimində Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını, bu müqavilənin daha 99 il uzadılacağını, dəhlizin"Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu"adlanacağını bildirib. Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 15-də ABŞ-nin "Fox News" telekanalınamüsahibəsində,eləcə də sonrakıçıxışlarındasöyləyib ki, imzalanmış saziş və bəyannamədə bütün tərəflər üçün, o cümlədən İran və Rusiya üçün nəzərəçarpan real faydalar var. Eyni zamanda, İran Prezidenti Məsud Pezeşkiyanın avqustun 19-da İrəvana səfəri əsnasında da bu məsələ qiymətləndirilib. O, bu layihələrimüsbət qiymətləndirib.
![]() |
| Paşinyan:"Yük axınları yenidən bölüşdürülür" |
Digər tərəfdən, İran hökuməti ölkənin cənub ucqarındakı Çabahar limanından cənub-şərqdəki Zahidan şəhərinə uzanandəmir yolu layihəsininbaşa çatdırılması üçün fəal işə başlayıb. Avqustun 29-da İranın icra işləri üzrə vitse-prezidenti Məhəmmədcəfər Qaimpənah yerli mətbuata açıqlamasında məlumat verib ki, layihə tamamlananda həm ölkənin dəmir yolu şəbəkəsinə, həm də beynəlxalq dəhlizlərə qoşulacaq. Onun sözlərinə görə, xətt vasitəsilə Çabahar limanından ölkənin şimalına, oradan isə Qafqaza, Rusiyaya və Avropaya zəruri mallar daşınacaq. Beləliklə, İranın regional və qlobal ticarətdə rolu güclənəcək.
Firudin Həmidli
AzVision.az
