AZ

Novorossiyskdə terminala dron hücumu Qazaxıstan neftinin nəqlinə təsir etməyib

Rusiyanın Novorossiysk şəhərində yerləşən “Şeşxaris” neft terminalına dron hücumu Qazaxıstan neftinin nəqlinə təsir göstərməyib.

APA xəbər verir ki, bu barədə Qazaxıstan mediası ölkənin Energetika Nazirliyinə istinadə məlumat yayıb.

Nazirlikdən bildiriblər ki, Qazaxıstan neftinin qəbul edilməsi və terminal vasitəsilə ötürülməsi “tam normal rejimdə” davam edir.

Qazaxıstan tərəfinin açıqlamasında qeyd olunur ki, dövlət qurumu “Transneft” şirkəti ilə birbaşa əlaqədədir və vəziyyət operativ şəkildə nəzarətdə saxlanılır.

Qeyd edək ki, “Şeşxaris” terminalı Rusiyanın cənubunda yerləşən ən böyük neft ixrac qovşaqlarından biri sayılır, həm Rusiya, həm də tranzit olaraq Qazaxıstan neftinin Qara dəniz üzərindən daşınmasında strateji əhəmiyyət daşıyır.

Bildirilir ki, Urkaynanın dron hücumu nəticəsində terminal ərazisində yanğın baş verib, bir neft bazası, bir neçə yaşayış binası və limandakı mülki gəmi zədələnib. Dörd nəfərin yaralandığı açıqlanıb.

Seçilən
41
1
apa.az

2Mənbələr