Naxçıvanda iqtisadi inkişafı sürətləndirmək və yerli istehsalı artırmaq məqsədilə yeni istehsal sahələrinin yaradılması davam etdirilir.
2025-ci ilin 10 ayı ərzində dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına iqtisadi fəaliyyətin müxtəlif sahələri üzrə 122 istehsal və xidmət sahəsi istifadəyə verilib. Yekunlaşan sahələr üzrə 75 layihəyə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 4,5 milyon manat məbləğində dövlət maliyyə dəstəyi göstərilib.
Hazırda 90 layihə üzrə işlər davam etdirilir.
Naxçıvanda verilən icazələrin sayı 83,2 faiz artıb
2025-ci ilin 10 ayı ərzində özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilib. Belə ki, hesabat dövründə sahibkarlara 38 lisenziya verilib.
Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları tərəfindən verilmiş 7312 icazə reyestrdə qeydiyyata alınıb. Qeydiyyata alınmış icazələr ötən ilin müvafiq dövrü ilə müqayisədə 83,2 faiz, verilmiş icazələrdən büdcəyə daxilolmalar 173,1 min manat və ya 47,1 faiz artıb.
