AZ

“İsrail növbəti müharibədə İranı devirməyə cəhd edəcək” “The Economist”

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"The Economist" jurnalında yayımlanan məqalədə İsrailin növbəti müharibədə İran hakimiyyətini devirməyə cəhd edəcəyi iddia edilib.

 İki ölkə arasında 12 günlük müharibəyə istinad edən nəşr, Yaxın Şərqdəki son savaşların yarımçıq olduğunu qeyd edib.

Məqalədə İslam Respublikası və İsrail arasında yeni müharibənin mümkünlüyü nəzərdən keçirilib və belə bir qarşıdurmanın başlaması halında, İsrailin əsas hədəfinin İran rejimini dəyişdirmək olacağı ifadə olunub.

Həmçinin Tehranın belə bir niyyətin olması qənaətinə gəldiyi təqdirdə, o, Yaxın Şərqdəki qonşularına hücum edə bilər və bu da ABŞ Prezidenti Donald Trampın müdaxiləsi ilə əlaqədar gərginliyi artıracaq.

"The Economist" İranın və ABŞ-nin bölgədəki roluna da toxunub. Nəşrdə, əgər Tramp dəyişiklik tərəfdarı olarsa, İran hakimiyyətinin mövcud vəziyyəti qorumağa çalışacağı qeyd edilib. 

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
azpolitika.info

1Mənbələr