AZ

Kiyevə hücumdan Azərbaycan səfirliyi də ziyan görüb Zelenski açıqaldı

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Rusiyanın Kiyevə gecə hücumu zamanı "İskəndər" raketinin qəlpələri Azərbaycan səfirliyinin binasına düşüb.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında paylaşım edib: "Təcili yardım xidmətlərimiz dünən gecədən bəri Rusiya hücumlarının baş verdiyi yerlərdə işləyir. Hazırda uşaqlar və hamilə qadın da daxil olmaqla onlarla insanın yaralandığı məlumdur. Təəssüf ki, dörd nəfər həlak olub. Onların ailələrinə və yaxınlarına başsağlığı verirəm. Hücumda təxminən 430 dron və 18 raket, o cümlədən ballistik və aeroballistik raketlərdən istifadə edilib.

Bu, insanlara və mülki infrastruktura maksimum ziyan vurmaq üçün hazırlanmış qəsdən edilmiş hücum idi. Təkcə Kiyevdə onlarla yaşayış binasına ziyan dəyib. Azərbaycan səfirliyinə “İskəndər” raketinin qalıqları dəyib.

Zərbənin əsas hədəfi Kiyev olub və zərbələr Kiyev, Xarkov və Odessa bölgələrinə də endirilib. İlkin məlumatlara görə, ruslar bu səhər Sumı bölgəsində “Tsirkon” raketindən istifadə ediblər".

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
57
4
azpolitika.info

5Mənbələr