AZ

Boçorişvili: Vaşinqton razılaşması bölgədə sülh üçün mühüm addımdır

Boçorişvili:

Gürcüstan avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında imzalanmış sülh bəyannaməsini alqışlayır.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili erməni həmkarı Ararat Mirzoyanla görüşdən sonra deyib.

O, tarixi sənədin Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması yolunda mühüm addım olduğunu bildirib.

“Sənəd bölgənin dayanıqlı sabit inkişafı üçün yeni imkanlar açır. Gürcüstan regionun sabit və dinc şəraitdə inkişafının təminatında hər zaman vacib rol oynayıb və regional əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verməkdə davam edəcək”, - Boçorişvili əlavə edib.

Seçilən
16
1
xalqcebhesi.az

2Mənbələr