Azərbaycan Basketbol Liqasında VII tura start verilib.
Dünən günün yeganə qarşılaşmasında “Lənkəran” komandası “Sərhədçi”ni qəbul edib. Lənkəran Olimpiya İdman Kompleksində keçirilən matç ev sahiblərinin 83:78 hesablı qələbəsi ilə başa çatıb.
B qrupunda çıxış edən meydan sahibləri 7 oyundan 10 xalla üçüncü yerdə qərarlaşıb, 9 xalı olan “Sərhədçi” isə dördüncü sıradadır. Turnir cədvəlinə 6 oyundan 12 xal toplayan “Ordu” klubu başçılıq edir.
Qeyd edək ki, tura noyabrın 16-da yekun vurulacaq.
Qabil YUSİFOĞLU
XQ