AZ

Xankəndidə mənzillər satışa çıxarılacaq

Xankəndi. Trend:

Xankəndi şəhərində sahibkarlar tərəfindən çoxmənzilli yaşayışbinalarının tikintisinə start verilib. Şəhərdə və ətraf yaşayışməntəqələrində genişmiqyaslı tikinti və bərpa işləri sürətlə davametdirilir. Regionda sahibkarlar üçün əlverişli investisiya mühitiyaradılıb, infrastruktur layihələri iş adamlarının bu ərazilərəmarağını daha da artırıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa. Tikintivə İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-əverilən xəbərə görə, bu fikirlər Xankəndi şəhərində, Ağdərə vəXocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusinümayəndəsi Elçin Yusubova məxsusudur.

Onun sözlərinə görə, şəhərdə sahibkarlar tərəfindənhündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi başaçatdıqdan sonra mənzillər satışa çıxarılacaq.

Elçin Yusubov bildirib ki, artıq Xankəndidən mənzil almaqistəyən vətəndaşlardan xeyli müraciət daxil olub.

Prezidentin xüsusi nümayəndəsinin sözlərinə görə, mənzillərinsatışı həm nağd şəkildə, həm də kreditlə mümkün olacaq.Sahibkarların banklarla imzaladığı müqavilələr əsasındavətəndaşlara kreditlə mənzil almaq imkanı yaradılacaq. Bu prosesinşəffaf və rahat həyata keçirilməsi üçün sahibkarlara zəruri dövlətdəstəyi göstəriləcək.

Qeyd edək ki, Xankəndidə aparılan tikinti və bərpa işlərişəhərin müasir yaşayış məkanına çevrilməsini hədəfləyir.

Seçilən
84
45
az.trend.az

10Mənbələr